Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə ballistik raketlərlə zərbələr endirib.
Reyting.az xəbər verir ki, zərbələrdən əvvəl Hərbi Hava Qüvvələri Kiyevə doğru irəliləyən raketlər barədə xəbərdarlıq edib, qısa müddət sonra şəhəri silkələyən bir sıra partlayışlar baş verib.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, raket əvvəlcə Darnitski rayonundakı fərdi evə dəyib. Qoloseyevsk, Desnyanskidə və Dnepr rayonunda yaşayış binasının yaxınlığında dağıntılar qeydə alınıb.
“Gecə hücumu nəticəsində paytaxtda iki nəfər yaralanıb. Biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digəri isə ambulator müalicə alıb”, - deyə mer əlavə edib.
Daha sonra Kiyev Şəhər Hərbi Administrasiyası (KCMA) yaralıların təfərrüatlarını açıqlayıb. 45 yaşlı kişi başından və ətraflarından, 20 yaşlı qadın isə sümüyündən kəsik alıb.
Bu hücumdan sonra şəhərdə elektrik kəsintilərinin başladığı barədə məlumatlar var.
Ruslar Dneprədə hücum edib. Nəticədə biri 4 yaşlı qız olmaqla beş nəfər yaralanıb.
V. QULİYEV