Icma.az, Moderator.az saytına istinadən bildirir.
Analitiklər Ukraynanın zərbələrindən sonra Rusiyada narazılığın artdığını bildirirlər
Rusiyada Ukraynaya qarşı müharibənin nə vaxt başa çatacağı ilə bağlı internet axtarışları rekord həddə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
"Yandeks" xidmətinin məlumatlarında 22-28 iyun tarixlərində "Rusiya Ukrayna ilə müharibəni nə vaxt bitirəcək?" sorğusu üzrə 137 mindən çox axtarış qeydə alınıb ki, bu da 2022-ci ildən bəri ən yüksək göstəricidir.
ISW bildirir ki, axtarışların çoxu Moskva və Leninqrad vilayətlərində edilib və bu maraq artıq ikinci həftədir artır. Analitiklər bunu Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr və cəmiyyətdə artan narazılıqla əlaqələndirirlər. Hesabatda həmçinin Kremlin nəzarətində olduğu bildirilən İctimai Rəy Fondunun sorğularına istinad edilir.
Məlumata görə, Moskva vilayətinə güclü zərbələrdən sonra Vladimir Putinin fəaliyyətini dəstəkləyənlərin payı 74 faizdən 69 faizə enib. ISW hesab edir ki, hətta rəsmi sorğular da Rusiyada müharibədən narazılığın artdığına işarə edir.