Ruslar məcbur qaldıq dedi, yeni vaxt təyin edildi Tələb geri götürülür?

26.01.2026

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Tayms” jurnalının 23-24 yanvar tarixlərində Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilən görüşlə bağlı rusiyalı diplomata istinadla yaydığı məlumat maraqla qarşılanıb. İddialara görə, Rusiya tərəfi danışıqlar zamanı ərazi məsələləri ilə bağlı Vaşinqtonun mövqeyi ilə razılaşmaq məcburiyyətində qalıb.

Nəşrin məlumatına əsasən, Moskva nümayəndələri ərazi güzəştləri ilə bağlı müsbət nəticə əldə edəcəklərinə ümid bəsləsələr də, sonradan amerikalıların mövqeyi ilə razılaşmalı olublar.

Danışıqların yeni raundunun gələn həftə baş tutacağı bildirilir.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Əbu-Dabi görüşünün Rusiya və Ukrayna arasında sülhün əldə olunması ilə nəticələnəcəyini düşünmür:

“Doğrudur, ilk dəfədir ABŞ-ın vasitəçiliyi ilə RusiyaUkrayna nümayəndələri danışıqlar aparılır. Bundan əvvəl Türkiyənin vasitəçiliyi ilə analoji görüş baş tutmuşdu. Müəyyən məsələlərdə tərəflər ortaq məxrəcə gəlməyə çalışsalar da, prinsipial mövqelərdə fikir ayrılığı qalır.


Elxan Şahinoğlu

Ərazi mübahisəsinin həlli ümumilikdə çox çətindir. Tərəflər tez-tez bu məsələ ilə bağlı ziddiyyət yaşayırlar. Xüsusilə Rusiya Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını tələb edir. Rəsmi Kiyev isə indiki vəziyyətlə razılaşsa da, digər ərazilərdən çıxmağı qəbul etmir.

Ukrayna cəmiyyəti də bu məsələdə prinsipial mövqe sərgiləyir. Yəni Prezident Volodimir Zelenski öz başına nə isə edə bilməz, xalqın mövqeyini ifadə etməyə məcburdur. Buna görə də, ərazi məsələsi həll edilmədiyi təqdirdə Əbu-Dabi danışıqlarının müsbət nəticə verəcəyini düşünmürəm”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью