Ruslar Nikolaevə X59/X69 raketləri ilə hücuma keçdi: 30a yaxın yaşayış binası...

06.12.2024

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya ordusunun Nikolayev vilayətinin Voznesensk şəhərinə raket hücumu edib.

Sitat.info UNİAN-a istinadən xəbər verir ki, Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kimin sözlərinə görə, dekabrın 5-də ruslar Voznesenski rayonuna X-59/X-69 raketləri ilə zərbələr endirib.

Hücum zamanı 74 yaşlı kişi evində həlak olub.

Dağıntıların düşməsi nəticəsində 30-a yaxın yaşayış binası, avtomobillər və elektrik xətləri zədələnib.

Kimin sözlərinə görə, hazırda elektrik təchizatının bərpası istiqamətində işlər aparılır.

Səid,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью