Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanda müxalif “Güclü Ermənistan” hərəkatının lideri Samvel Karapetyan Rusiyanın 102-ci hərbi bazasının ölkədən mümkün çıxarılmasına qarşı olduğunu bildirib. O, Rusiya hərbi mövcudluğunun saxlanılmasını zəruri hesab etdiyini deyib.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, Samvel Karapetyan məsələ ilə bağlı sərt mövqe nümayiş etdirib.
“Ruslar olmasa, türklər gələcək. Burada mütləq hərbi baza olmalıdır”, – müxalifət lideri bildirib.
Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşir.