Ruslar Poltavada çoxmərtəbəli binanı vurublar, ölənlər var Video

01.02.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səhər raket hücumu zamanı ruslar Poltavada çoxmərtəbəli binanı raketlə vurub, bir neçə nəfəri öldürüb və yaralılar var.

Bizimyol.info xəbər verir ki, Poltava Vilayət Hərbi Administrasiyası binaya raket zərbəsi vurulduğu barədə məlumat verib, təfərrüatları açıqlamayıb.

“Düşmən Poltavanı vurdu. Zərbənin həfi çoxmərtəbəli yaşayış binası olub. Hazırda hadisə yerində xilasedicilər və təcili yardım xidmətləri işləyir”, - deyə mesajda qeyd edilib.

Daha sonra Fövqəladə Hallar Dövlət Xidməti hücum nəticəsində 2 nəfərin öldüyünü bildirib. "Daha 7 nəfər, o cümlədən uşaq xəsarət alıb. 21 nəfər xilas edilib. Xilasetmə işləri davam edir. 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər olan giriş dağıdılıb, yanğın baş verib, qonşu evlərə və 12 avtomobilə də ziyan dəyib", - deyə məlumat verib.

Ölkə mətbuatı xəbər verir ki, Ukraynanın Xarkov və Poltava vilayətlərinə raket zərbələri qeydə alınıb. Xüsusilə, Poltava vilayətində, Mirqorod rayonunda enerji infrastrukturuna ziyan dəydiyi bildirilir.

Xarkov meri İqor Terexov bildirib ki, hadisə Xarkovda, ilkin olaraq Xolodnoqorsk rayonunda, yaşayış massivinin hüdudlarında baş verib. Bir qadın ölüb, beş nəfər yaralanıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью