Ruslar qaçır, Krımın azad olunması əməliyyatı başlayır

25.06.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ukrayna ordusu Krımın azad olunması əməliyyatına hazırlığa başlayır: 2022-ci ildə bəri Qılburun dilinə nəzarət edən ruslar oradan qaçmağa başlayıblar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

“Ukraynanın “Cənub” ərazi müdafiə qoşunlarının regional mərkəzi Qılburun dilində Ukrayna bayrağının görüntülərini paylaşıb.

Nikolayev vilayətində yerləşən Qılburun dili 2022-ci ilin mart ayında Xerson istiqamətində irəliləyən ruslar tərəfindən işğal olunub. Son həftələr ərzində USQ o ərazidə logistikanı intensiv sıradan çıxarırdı və nəticə etibarı ilə ruslar Qılburun dilini tərk etməyə başlayırlar.

Qılburun dilinin USQ tərəfindən nəzarətə götürülməsi gələcəkdə “Krım əməliyyatı”nın başlanğıcı kimi qiymətlındirilə bilər, ona görə ki, bu əməliyyət məhz Xerson vilayətindən başlaya bilər”, - o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью