Ruslar Şaxta Babadan ən çox nə istəyir? Sorğunun nəticələri AzPolitika onlayn siyasiictimai qəzet

24.12.2024

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Bu il rusların üçdə birindən çoxu (37%) Şaxta Babadan Ukraynaya qarşı müharibədə "qələbə" istəyib.

“AzPolitika” xəbər verir ki, Kremlə yaxın Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin ənənəvi sorğusunun Rusiya mediasında dərc edilən nəticələrində belə deyilir.

Respondentlərin 12%-i özləri və yaxınları üçün sağlamlıq və ya yeni telefon, avtomobil, mənzil almaq kimi şəxsi istəklərinin həyata keçirilməsini arzulayır.

Rusların yalnız 7% -i Şaxta Babadan "bütün ölkələr üçün sabitlik” istəyib. Eyni zamanda, 6% özləri üçün iqtisadi sabitlik, 2% isə firavanlıq və sakit həyat arzulayır. Maraqlıdır ki, hər 10 rusiyalıdan biri (10%) Şaxta Babadan nəsə istəməkdən imtina edib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью