Ruslar şəhərin 25 faizini ələ keçirib, döyüşlər davam edir

22.11.2024

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Kuraxovo şəhərinin 25 faizini ələ keçirib.
Reyting.az
xəbər verir ki, bunu açıq məlumatların təhlili üzrə ekspert Culian Repke deyib.
Onun sözlərinə görə, ruslar Kuraxovonun şərqində irəliləyib və hazırda onun ərazisinin dörddə birinə nəzarət edirlər. Repke orada Ukrayna Silahlı Qüvvələri üçün vəziyyəti “tamamilə kritik” adlandırıb.
Bundan əlavə, ruslar Berestki kəndinə daxil olduqları Kuraxovskoe su anbarının şimal sahili boyunca irəliləməyə davam edir, həmçinin əvvəllər avtomobil və dəmir yolu keçidlərinin keçdiyi bəndləri ələ keçiriblər.
Təhlilçi qeyd edib ki, bu bəndlərdəki körpülər dağıdılıb və bu, rusların şimaldan irəliləməsini dayandırıb.

ELÇİN

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью