Ruslar Sumını İsgəndər lə vurdu 70 ə qədər hərbçi həlak oldu

21.05.2025

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Rusiya hərbçiləri Sumı vilayətinin Şostka kəndi yaxınlığındakı Ukrayna Silahlı Qüvvələrinin 1-ci xüsusi təyinatlı briqadasının təlim düşərgəsinə “İsgəndər” operativ-taktiki raket kompleksi ilə hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Kəşfiyyat nəticəsində düşərgənin koordinatları müəyyən edilib, bundan sonra “İsgəndər” ekipajları hədəfə hədəfli hücum həyata keçirib. Nazirliyin məlumatına görə, 20-si təlimatçı olmaqla 70-ə qədər ukraynalı hərbçi həlak olub. Sursat anbarı da məhv edilib, 10-a qədər maşın yararsız hala düşüb.

Rusiya MN hadisənin PUA-dan çəkilmiş görüntüsünü də yayıb 

Qeyd edək ki, “İsgəndər” 500 km-ə qədər məsafədə hədəfləri vura bilən yüksək dəqiqlikli raket sistemidir.

Turan İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью