Ruslar Ukraynada qərbli zabirlətin olduğu restoranı ballistik raketlə vurdu 100 ə yaxın ölü və yaralı

05.04.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Ukraynanın Krivoy Roq şəhərində qərbli zabitlərin də toplaşdığı restorana ballistik raket zərbəsi endirməsi nəticəsində çoxsaylı ölən və yaralı var.

Ölkə.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi  Ukraynanın Krivoy Riq şəhərindəki restorana toplaşan ukraynalı komandirlər və qərbli təlimatçılara yüksək dəqiqliklə raket zərbəsi endirdiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin yaydığı xəbərə görə,  hücum nəticəsində 85-ə qədər əcnəbi hərbçi və zabitini, o cümlədən 20-yə qədər texnikasını itirib.

Ukrayna tərəfinin verdiyi açıqlamaya görə, 60-dan çox insan yaralanıb, 18  nəfər ölüb. Yaralılar içərisində xeyli sayda uşaqlar da var.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью