Ruslar Ukraynanı “İskəndər” raketi ilə vurub

16.07.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Rusiya hərbçiləri Odessa vilayətində Ukraynaya məxsus “S-300PS” hava hücumundan müdafiə sisteminin yerləşdiyi yerə “İskəndər” raketləri ilə zərbə endirib.
Reyting.az
xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bəyan edib.
Bildirilir ki, zərbə nəticəsində iki buraxılış qurğusu, bir döyüş gəmisi, bir istiqamətverici idarəetmə məntəqəsi və “S-300PS” hava hücumundan müdafiə raket sistemi məhv olub.
Qeyd edək ki, nazirlik Odessa vilayətinin Qvardeyskoye qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinə məxsus “S-300PS” hava hücumundan müdafiə sisteminin mövqe sahəsinə "İsgəndər" operativ-taktiki raket kompleksinin raket zərbəsi endirilməsinin görüntülərini yayıb.

ELÇİN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью