Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İyunun 21-i Moskva vaxtı ilə saat 22:30-dan iyunun 22-si saat 02:55-dək Rusiyanın vilayətləri üzərində Ukraynanın 11 pilotsuz təyyarəsi (PUA) məhv edilib.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Bryansk vilayəti üzərində doqquz, Smolensk vilayəti və Krım ərazisi üzərində isə iki pilotsuz təyyarə zərərsizləşdirilib.
Onu da qeyd edək ki, bundan əvvəl Xarici İşlər Nazirliyi Rusiyaya hücumlar zamanı Ukraynaya məxsus pilotsuz təyyarələrin Qazaxıstan üzərindən uçduğunu açıqlamışdı.
V. QULİYEV