Ruslar Ukraynanın daha bir neçə məntəqəsini işğal etdi

15.11.2024

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Silahlı Qüvvələrinin Mərkəz qoşun qrupunun bölmələri Donbass vilayətinin Stepanovka qəsəbəsini nəzarətə götürüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, qoşunlar dərinliklərə doğru irəliləməyə davam edərək qondarma “Donetsk Xalq Respublikası”nın Voznesenka, Volçenka və Stepanovka yaşayış məntəqələrini də nəzarətə götürüb.

O da qeyd edilib ki, Rusiya qoşunları Xarkov vilayətinin Kupyansk şəhərinə yaxınlaşıb və sənaye zonasında möhkəmlənməyə başlayıb. /Cebheinfo.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью