Ruslar Ukraynanın enerji infrastrukturuna hücum etdi

07.03.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Martın 7-nə keçən gecə Rusiya Ukraynanın enerji və qaz infrastrukturuna raket, eləcə də PUA ilə hücum edib.

Axar.az xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko deyib.

Ukraynalı nazir qeyd edib ki, hücum ölkənin müxtəlif regionlarında enerji potensialını məhv etmək məqsədi daşıyır:

“Yenə də Ukraynanın müxtəlif bölgələrində enerji və qaz infrastrukturu kütləvi raket və dronlardan atəşə tutulub. Hücum nəticəsində elektrik və qaz təchizatı obyektlərinə ziyan dəyib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью