Ruslar Xarkova dronlarla hücum edib: Yanğın baş verib, üç nəfər ölüb, 13 nəfər yaralanıb

16.10.2026

Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ruslar Xarkova dronlarla hücum edib: Yanğın baş verib, üç nəfər ölüb, 13 nəfər yaralanıb

Təcavüzkar ölkənin ordusu Xarkovun iki rayonuna dronlarla hücum edib, nəticədə yanğın baş verib, ölən və yaralananlar var. Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatının yaydığı məlumatda deyilir. Məlumatda rusların hücumları yerli vaxtla ardıcıllıqla belə qeyd edilib:

10:16 Xarkov Xüsusi Əməliyyatlar Komandanlığının rəisi Oleq Sinegubov rus işğalçılarının şəhərin Şevçenkivski və Sənaye rayonlarına zərbələr endirdiyini aydınlaşdırdı. Onun sözlərinə görə, Şevçenkivski rayonuna hücum nəticəsində üç nəfər ölüb, daha yeddi nəfər yaralanıb. Yaralılara lazımi tibbi yardım göstərilir.

10:28 Dövlət rəsmisi Sinegubov Şevçenkivski rayonunda itkilərin sayının 13-ə çatdığını bildirdi.

10.29 Rusiya Xarkova üç ballistik raketlə hücum etdi: yanacaqdoldurma məntəqələri və yaşayış binaları vuruldu, altı nəfər öldü, 59 nəfər isə yaralandı.

Rus pilotsuz təyyarəsinin vurulmasından sonra Sənaye rayonunda yanğın baş verdi. Məlumat verildiyi vaxt itki barədə məlumat məlum deyildi.

Təcili yardım və ixtisaslaşmış xidmətlər Rusiya hücumunun nəticələrini aradan qaldırmaq üçün zərbə yerlərində işləyir.

Əziz MUSTAFA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью