Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gecə rus işğalçılarının Xarkova idarə olunan aviabombalarla (İOA) zərbə endirməsi nəticəsində 9 nəfər yaralanıb, İndustriyal rayonunda ən azı 15 bina zədələnib.
Bizimyol.info xəbər verir ki, bu barədə Xarkov merı İqor Terexov məlumat verib.
"Xarkov düşmən İOA-ları tərəfindən hücuma məruz qalıb - partlayışlar şəhəri silkələyib.
İlkin sənaye müəssələri hədəf seçilib", – deyə o qeyd edib. Şəhər başçısı, həmçinin, şəhərin Nemyşlyan rayonu üzərində başqa bir zərbənin ol
Son dövrlərdə rus işğalçıları hava bombalarının sayını artırıb və onları aktiv şəkildə modernizə edirlər.
Bu isə döyüş sursatlarının tətbiq məsafəsini 200 km-ə qədər artırıb.
"Reaktiv Poçt" Mədəniyyəti Fondunun təsisçisi və hərbi ekspert Pavel Narojnı da qeyd edib ki, adi idarə olunan aviabomba 60-70 km məsafə qət edə bilər, amma ruslar bu məsafəni əhəmiyyətli dərəcədə artırmağa müvəffəq olublar.