Ruslar Xarkovu vurdu: Yanğın başladı

03.04.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Aprelin 3-ü axşam saatlarında rus ordusu PUA-larla yenidən Xarkova hücum edib. Zərbənin təsirləndiyi yerlərdən birində yanğın baş verib.

Bakupost.az "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov bildirib

""Şahed"lərlə şəhərə, xüsusən də Novobavarski rayonuna iki zərbə endirilməsi barədə ilkin məlumat var", o deyib.

Terexov sonradan zərbənin endirildiyi məkanlardan birində yanğın başladığı barədə məlumat verib.

Saat 22:16-da məlum olub ki, güclü yanğın nəticəsində ikimərtəbəli ev yanıb. İlkin məlumata görə, ölənlər var. Onların arasında uşaqların olduğu deyilir.


Zaur,BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью