Ruslardan unikal əməliyyat: qaz kəməri vasitəsilə...

11.03.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Rusiya qoşunları ukraynalı hərbçilərin arxasına qaz kəməri vasitəsilə daxil olma əməliyyatı nəticəsində Sucadakı sənaye zonasını azad edib.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” hərbçilərə istinadla məlumat yayıb.

Bildirilib ki, əməliyyat Könüllülər korpusunun “Veteranlar” kəşfiyyat-hücum briqadası, “Şərq” hücum briqadası, Hərbi Hava Qüvvələrinin 11-ci Hava Desant Briqadası, 72-ci Motoatıcı Briqadası, həmçinin “Əhməd” xüsusi təyinatlılarının “Aida” qrupu ilə birlikdə həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью