Rusları öldürən cinayətkar şəbəkədən ŞOK ETİRAF KONKRET

31.07.2026

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tailandda qaçırılan gənc rusiyalıların öldürüldüyü məlum olub. Bu barədə saxlanılan cinayətkarlar özləri etiraf ediblər.

KONKRET.az xəbər verir ki, Yerli KİV-in məlumatına görə, 17 yaşlı Roman və onun 22 yaşlı bacısı Diananın oğurlanmasında şübhəli bilinən Tailand cinayətkar qruplaşmasının rəhbərləri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Cinayətkarlar dindirmə zamanı etiraf ediblər ki, Romanı güllələyərək öldürüblər, Diananı isə döyərək qətlə yetiriblər. Onlar cəsədləri gizlətdikləri yeri də göstəriblər. Hazırda həmin əraziyə istintaqçılar və kriminalistlər yollanıblar.

İlkin məlumata görə, hücumun səbəbi gənc rusiyalıların motosikletini ələ keçirmək olub. Məhz həmin motosiklet cinayətkarların izinə düşülməsində əsas sübuta çevrilib. Polis saxlanılan şəxslərdən birinin evinin yaxınlığında torpağa basdırılmış, hissələrə ayrılmış motosikleti aşkar edib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью