Rusların 80% i Putinə güvənir

12.09.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinə rusların 80%-i etibar edir.


Missiya.Az "İzvestiya"ya istinadən xəbər verir ki, bu, İctimai Rəy Fondunun sorğusuna əsasən məlum olub.

Sorğuda iştirak edən ölkə vətəndaşlarının 82%-i prezidentin yaxşı iş gördüyünə inanır. Rusiya hökumətinin fəaliyyətini ölkə sakinlərinin 58%-i dəstəkləyib, Baş nazir Mixail Mişustinin işini isə rusların 60%-i müsbət qiymətləndirib. 

Sorğu sentyabrın 5-dən 7-dək 1500 yetkin vətəndaş arasında keçirilib. 

Avqustun 29-da sorğunun nəticələrinə görə, Rusiya liderinin etibar reytinqi də 80% təşkil edib və respondentlərin 81%-i onun öz işini yaxşı gördüyünü bildirib. 

Nurlana Əhmədova
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью