Rusların arağa münasibəti dəyişdi

26.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiyada 2025-ci ildə araq satışları 2024-cü illə müqayisədə 3,6% azalaraq 73,315 milyon dekalitr təşkil edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Rosalkoqol” məlumat yayıb.

Eyni zamanda likyor-araq məhsullarının satışı 12,7% artaraq 18,808 milyon dekalitrə çatıb. Konyak satışları 9,2% azalaraq 12,853 milyon dekalitr olub. Az alkoqollu içkilərin satışı isə 87,3% azalaraq cəmi 1,526 milyon dekalitr təşkil edib.

Üzüm şərablarının satışı 1,9% azalaraq 56,004 milyon dekalitrə düşüb. Köpüklü şərabların satışı 3,2% azalaraq 22,771 milyon dekalitr, likyor şərablarının satışı isə 10,7% azalaraq 1,154 milyon dekalitr olub.

Ümumilikdə, 2025-ci ildə Rusiyada 205,798 milyon dekalitr spirtli içki satılıb ki, bu da 2024-cü ilin göstəricisindən 9,3% azdır.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью