Rusların bəziləri bu ölkəyə gedə bilməyəcək

02.06.2025

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Latviya höküməti bəzi Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Qadağa Latviyanın strateji obyektləri yaxınlığında mülk sahibi olan Rusiya vətəndaşlarına aiddir. Təhlükəsizlik Xidmətindən bu addımın həmin obyektləri mümkün təhlükədən qorumaq üçün atıldığını bildirib.

Qeyd edək ki, artıq, bu barədə lazımi qurumlar məlumatlandırılıb və onlara təqdim olunan Rusiya vətəndaşları ölkə ərazisinə buraxılmayacaqlar.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью