Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Müdafiə Qüvvələri üçün cəbhədəki vəziyyət getdikcə daha da pisləşir, Rusiya tərəfi hazırda əlverişli mövqeyə malikdir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusundan polkovnik-leytenant Maksim Jorin deyib.
Onun sözlərinə görə, hamı sülh danışıqlarını və sülh planının hər bir bəndini ayrı-ayrılıqda müzakirə edərkən cəbhədə vəziyyət Ukrayna döyüşçüləri üçün hər keçən gün pisləşir:
"Bəzi ərazilərdə təcili dəyişikliklər olmadan vəziyyət onsuz da kritik olacaq. Əslində, düşmənin uzun müddətdir bu qədər sürətli irəlilədiyini görməmişəm. İndiki məsələ konkret yaşayış məntəqələrinin itirilməsi deyil, düşmənin bütün sektorlardakı əməliyyat mövqeyində əhəmiyyətli dərəcədə yaxşılaşmadır", - deyə Jorin qeyd edib.