Rusların İstanbula nə ilə gələcəklərindən xəbərsizik Zelenski

01.06.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırkı vaxta olan məlumata görə, rusiyalıların İstanbula hansı gündəliklə gələcəyi barədə dəqiq informasiya yoxdur. Bizdə, Türkiyədə, ABŞ-da məlumat yoxdur, digər tərəfdaşlarda da yoxdur. Və hələlik bu, o qədər də ciddi görünmür.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa axşam müraciətində bildirib.

O əlavə edib ki, bu məsələni dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.

Zelenskinin sözlərinə görə, Ukrayna hakimiyyəti Avropa tərəfdaşları və ABŞ-la birlikdə yeni diplomatik addımlara hazırlaşır.

Qeyd edək ki, İstanbulda danışıqlar iyunun 2-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью