Rusların komanda müşahidə məntəqəsi vurulub Ciddi itkilərin olduğu deyilir

27.03.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna hərbçiləri rusların komanda-müşahidə məntəqəsini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, hücum Rusiyanın Viktorovka-Uspenovka ərazisində 18-ci motoatıcı diviziyasının 9-cu motoatıcı alayının taborunun komanda-müşahidə məntəqəsinə edilib.

Hücum nəticəsində rus ordusunun şəxsi heyəti arasında ciddi itkilər olduğu deyilir.

Qeyd olunur ki, 9-cu motoatıcı alayın 1-ci batalyonunun komandiri də əməliyyat zamanı məhv edilib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью