Rusların neçə faizi Putinə etibar edir? Sorğu AÇIQLANDI

21.03.2025

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Rusların əksəriyyəti, yəni 79,8%-i prezident Vladimir Putinə güvənir.
Modern.az xəbər verir ki, bu göstəricini Rusiyada sorğu keçirən Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi dərc edib.

Sorğunun nəticələrinə görə, respondentlərin yalnız 16%-i Rusiya prezidentinə inanmır. Rusiyalıların 78,1%-i Putinin fəaliyyətini müsbət, 13,6%-i isə mənfi qiymətləndirir.

Rusiyanın baş naziri Mixail Mişustinə respondentlərin 62,4%-i etibar edir, 18,4%-i ona etibar etmir, Rusiya vətəndaşlarının yarıdan çoxu (53,4%) hökumət başçısının fəaliyyətini bəyənir, 10,1%-i isə onun işini bəyənmir.

Gələn bazar günü Dövlət Dumasına seçkilər keçirilsə, hansı partiyaya səs verəcəklərini soruşduqda, rusiyalıların 35,9%-i “Vahid Rusiya”, 10,7%-i Rusiya Liberal Demokrat Partiyası (LDPR), 9,9%-i Rusiya Federasiyası Kommunist Partiyası (КПРФ), 6%-i “Yeni adamlar” partiyası, 3,9%-i "Ədalətli Rusiya - Patriotlar - Həqiqət naminə" partiyasının adını qeyd edib.
Sorğu 2025-ci il martın 10-dan 16-dək yaşı 18-dən yuxarı olan 1,6 min rusiyalı arasında keçirilib. Sorğu mobil nömrələrin təsadüfi seçimi ilə telefon vasitəsilə aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью