Rusların pulu ilə Rusiyaya qarşı savaş | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır. Yaxud Lekornunun uşaq sevinci Fransa Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən
Bunu ölkənin müdafiə naziri Sebastyan Lekornu bildirib. Nazirin bu məsələ ilə bağlı daha nələri dilə gətirdiyinə diqqət yetirəcəyik.
Ancaq əvvəlcə bir məqamın üzərində dayanaq. Lekornunun barəsində söz açdığı variant olduqca tanış gəlir.
Bir müddət əvvəl ABŞ-nin bir qrup ermənipərəst konqresmeninin irəli sürdüyü qanun layihəsinə görə, Azərbaycanın Birləşmiş Ştatlarda mövcud olan aktivlərinə həbs qoyulmalı və əldə ediləcək vəsait hesabına Qarabağ ermənilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün maliyyə yardımı ayrılmalı idi.
Əlbəttə, sosial-məişət məsələləri görüntüdür. Söhbət Ermənistanı silahlandırmaqdan gedirdi və bunun hansısa şərhə ehtiyacı yoxdur.
Doğrudur, sözügedən qondarma layihənin aqibətinin necə olduğu qeyri-müəyyəndir.
Həm də məsələ o səbəbdən reallaşmadı ki, layihə, mahiyyətcə, Ağ evin təşəbbüsü idi və Azərbaycana şantaj məqsədilə irəli sürülmüşdü.
Yəqin, elə ona görə də “erməni sevdalılarının” qaldırdıqları təşəbbüs it-bata düşdü. Necə deyərlər, eyni dalğa, eyni koordinat.
Tam oxu
Xəbəri oxu