Rusların qulusan dedi, qardaş ölkə ayağa qalxdı: Türk ölkəsindən Moskvaya etiraz VİDEO

04.09.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada yerli vətəndaşla özbək taksi sürücüsü arasında yaşanan mübahisə Özbəkistanda ciddi etiraza səbəb olub.

Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir rus özbək taksi sürücüsünü təhqir edib, onu “rusların qulu” adlandırıb.

“Bura işləməyə gəlmisən? Sakit şəkildə işlə! Ağzını açma. Sən bir qulsan, rusların qulu. Özbəkistanda heç nə olmadığı üçün Rusiyaya gəlmisən”, – həmin şəxs bildirib.

Sözügedən görüntülər sosial şəbəkələrin xüsusilə türk ölkələri seqmentində böyük narazılıqla qarşılanıb. Özbəkistan Xarici İşlər Nazirliyi Rusiyaya rəsmi etiraz notası göndərib. Həmin şəxsin tapılması və cəzalanması tələb edib.

XİN sözçüsü hər bir Özbəkistan vətəndaşının dövlətin himayəsində olduğunu vurğulayıb.

Görüntüləri təqdim edirik:

Əliyar Xəlil
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью