Rusların Sirkon u NATO nu təşvişdə saxlayır “The National Interest”

29.04.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

Bu fikirlər Amerikanın “The National Interest” jurnalında dərc olunan məqalədəndir. Müəllif yeni rus raketlərini yüksək qiymətləndirib.
Rusiya yeni hipersəs raketini sınaqdan keçirdi - VİDEO “Sirkon"un ilk növbədə gəmi əleyhinə raket olduğunu nəzərə alsaq, ABŞ-nin su üzərində hərəkət edən gəmiləri, xüsusən də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə təyyarədaşıyıcıları üçün təhlükə nəzərdən qaçmaya bilməz”, - nəşr yazıb.
Məqalə müəllifinin fikrincə, bu cür silahlar dənizdəki güc balansında Rusiyanın xeyrinə potensial dəyişikliyə işarə edir. Çünki NATO ölkələrinin "Sirkon"dan müdafiə sistemi, xüsusi vasitəsi yoxdur.
Martın 19-da Rusiyanın müdafiə naziri Andrey Belousov raketlər mövzusunda Qərbin diqqətini çəkən açıqlamalar vermişdi. Nazir bəyan edib ki, Rusiya ordusu “Borey-A” layihəsinin ən son strateji raketli sualtı qayıqlarını və “Sirkon” hipersəs raket sistemlərinə malik “Yasen-M” layihəsinin çoxməqsədli nüvə sualtı qayıqları ilə silahlanır.
Xatırladaq ki, Rusiyanın hipersəs sürətli daha iki raketi də var: “Avanqard” və “Kinjal”.
Hipersəs silahları – səsdən azı 5-6 dəfə sürətli hərəkət edən və bu zaman manevr qabiliyyətini saxlayan silahlara deyilir. Söhbət minimum 6120 km/saat, yaxud 5Max sürətdən gedir.

Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью