Ruslarla bağlı qorxunc xəbərdarlıq: Son 100 ildə belə hadisə olmamışdı

16.11.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Şəkərli diabet faktiki olaraq bütün orqanlara təsir göstərir. Beyin, ürək, əzələlər, böyrəklər və qaraciyərə zərər vurur.

Globalinfo.az xəbər verir ki, bu barədə Tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Olqa Tkaçeva xəbərdarlıq edib. O, bu təhlükəli xəstəliyin ömrü nə qədər qısaltmasından danışıb.

Həkim ruslara bildirib ki, şəkərli diabet potensial olaraq ömrü təxminən 10-15 il qısaldır, çünki bu, bütün orqanların vaxtından əvvəl aşınmasına səbəb olur.

O izah edib ki, xroniki yüksəlmiş qan şəkəri və insulin müqaviməti orqanizmdə bir çox patoloji prosesləri – oksidləşdirici stress və telomer qısalmasından tutmuş aşağı dərəcəli iltihaba və epigenetik anormallıqlara qədər tetikler.

“Bütün bunlar orqan və sistemlərin vaxtından əvvəl aşınmasının əsasını təşkil edən metabolizm-iltihab-qocalma zəncirini təşkil edir. Son vaxtlar bu xəstəliyə yoluxma halları çoxalıb. Demək olar ki, son 100 ildə belə hadisə olmayıb. təsəvvür edin ki, bu  qədər artıb”, – deyə mütəxəssis izah edib.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью