Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. "Rüşt inkişaf deməkdir".
Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.
O bildirib ki, amma ağılın kamilliyi mənasında inkişaf deməkdir: "İnsanın həddi-buluğu var.
Yəni fiziki baxımdan müəyyən yaş həddini keçir, oğlan uşağıdırsa, kişiləşir, qızdırsa, qadınlıq potensialına malik olur.
Amma rüşt insanın ağlına da aiddir. Yəni insan elə bir səviyyəyə çatıb ki, artıq öz iqtisadiyyatını özü idarə edə bilər, artıq ailə idarə ed
Cəmiyyətdə artıq öz yerini bilə bilər. Bunlar insanı rəşid edir, rüşt sahibi edir. Sadəcə fiziki həddi-buluğ rüşt demək deyil.
Bu yaş cinayət hüququnda şəxsin başqa şəxslə məlumatlı razılıq verməyə qadir olduğu hesab edilən yaşdır.
Əksər hallarda, yetkin şəxs bu yaşdan kiçik biri ilə evlənərsə, qanuni olaraq məsuliyyət daşıyır.