Rustaveli prospektindən etirazçılar tamamilə qovulub

29.11.2024

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisinin Rustaveli prospektindən etirazçıları tamamilə qovub.

TASS-ın müxbiri bu barədə hadisə yerindən məlumat verir.

Polis yenidən gözyaşardıcı qazdan istifadə edib. Bir neçə nəfər saxlanılıb. Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyib. Rustaveli prospektində etirazçılarla polis arasında qarşıdurma bütün gecə davam edib.

Nümayişçilər asayiş keşikçilərindən uzaqlaşmaq üçün zibil qutuları və taxta stulları yandırıblar. Aralarında zaman-zaman toqquşmalar da yaranıb. Polis təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью