Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rustavidə silsilə partlayış səslərindən sonra şəhərdə elektrik verilişində fasilə yaranıb.
Bu barədə “Report”un Gürcüstan bürosu xəbər verir.
Bildirilib ki, hazırda müvafiq qurumlar vəziyyəti araşdırır. Elektrik təchizatının bərpa edilməsi istiqamətində işlər aparılır.
Hadisənin ilkin səbəbi açıqlanmasa da, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülür.