Rüstəm Bağırlı istefa verdi FOTO

21.06.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Taekvando Federasiyasının baş katibi Rüstəm Bağırlı vəzifəsindən ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, öz istəyi ilə istefa verib.

Federasiyadan saytımıza məlumatı təsdiq ediblər.

Baş katiblə yanaşı komandanın həkimi Ruslan Şərifov da komandadan gedib. O da öz xahişi ilə işindən ayrılıb.

Onların ayrılıq səbəbi açıqlanmasa da, hər ikisinin maddi məsələlərə görə federasiyadan getdiyi bildirilir. Federasiya isə bu məlumatı təkzib edib.

Qeyd edək ki, Rüstəm Bağırlı iki il öncə Azərbaycan Taekvando Federasiyasının baş katibi təyin edilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью