Rüstəm Əhmədzadə ciddi zədə alıb | Icma.az
Cbcsport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan millisinin və "Zirə" klubunun futbolçusu Rüstəm Əhmədzadənin zədəsi ciddidir.
23 yaşlı hücumçu ötən gün "Qarabağ"a uduzduqları Misli Premyer Liqasının XIII turunun matçında sıradan çıxıb.
Qarşılaşmanın ikinci hissəsində əzələsini dartan forvard 77-ci dəqiqədə Hacıağa Hacılı ilə əvəzlənib.
Onun nə vaxt yaşıl meydanlara qayıdacağı tibbi yoxlanışdan sonra bəlli olacaq.
Qeyd edək ki, Rüstəm Əhmədzadə Azərbaycan yığmasına dəvət alsa da, heyətdən çıxarılıb.
Onun yerinə komandaya "Qarabağ"dan Musa Qurbanlı cəlb olunub. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu