Rüstəm Kasımcanov: Bakıda oynamaq həmişə xoşdur

30.04.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

"Bakıya həmişə böyük məmnuniyyətlə gəlirəm".

İdman.biz xəbər verir ki, bunu Bakıda təşkil olunan “Çempionların savaşı” turnirində iştirak edən Rüstəm Kasımcanov deyib.

Özbəkistan şahmatçısı ötən illərdə Bakıda keçirilən turnirləri xatrlayıb. "Rauf rapiddə çox yaxşı çıxış etdi və böyük üstünlük qazandı. Blitsdə fərqi aradan qaldırmaq çətin idi. Bakı əvvəllər Qran-pri, Ümumdünya Şahmat Olimpiadası, Dünya kuboku və digər turnirlərə evsahibliyi edib. Burada oynamaq həmişə xoşdur".

Qeyd edək ki, Kasımcanov blitsdə 6:4 hesabı ilə qalib gəlsə də, ümumi hesabda 10:12 hesabı ilə uduzub.

Zəki Feyzullayev
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью