Rüstəm Minnixanov Bakıya gəldi

16.12.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov dekabrın 16-da Bakıya işgüzar səfərə gəlib.

"Unikal" xəbər verir ki, səfər Azərbaycan tərəfinin dəvəti ilə həyata keçirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Rüstəm Minnixanovu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov qarşılayıblar.

R.Minnixanovun proqramına bir sıra müəssisələrə səfərlər, həmçinin rəsmi görüşlər və işgüzar danışıqlar daxildir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью