Rüstəm Muradov Rusiya Quru Qoşunlarının Baş komandanının müavini təyin edilib

01.12.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

Rusiya Qəhrəmanı general-polkovnik Rüstəm Muradov Quru Qoşunlarının Baş komandanının müavini vəzifəsinə təyin edilib.

APA-nın xəbərinə görə, bu barədə məlumatı RBC-yə Rusiya Müdafiən Nazirliyinə yaxın mənbə təsdiqləyib.

Qeyd edək ki, 2014-cü ildən Rusiya Quru Qoşunlarının Baş komandanı general Oleq Salyukovdur.

Müdafiə Nazirliyi hələ Rüstəm Muradovun təyinatını rəsmən açıqlamayıb.

Xatırladaq ki, Rüstəm Muradov əvvəllər Ukraynada hərbi əməliyyatlar zonasında “Şərq” Qoşun Qruplaşmasının komandiri olub. 2022-ci ilin oktyabr ayından Şərq Hərbi Dairəsinin birgə strateji komandanlığına rəhbərlik edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью