Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində fəaliyyət göstərən "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan ikigünlük mediaturda məlumat verib. Onun sözlərinə görə, 2026-cı ilin mart ayında Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Xizək və Snoubord Federasiyası tərəfindən moğul növü üzrə Dünya Kubokunun final mərhələsi baş tutacaq:
"Yarış dünya üzrə ən azı 10 telekanalda canlı yayımlanacaq. Həmin dövrdə Şahdağa 2000-ə yaxın qonağın gələcəyi gözlənilir. Bu yarışın daha da yaddaqalan hala gətirilməsi üçün əlavə əyləncəli tədbirlər təşkil olunacaq".
Sədr vurğulayıb ki, qarşıdakı qış mövsümündə xizək üzrə Avropa çempionatı, 2027-ci ildə isə dünya çempionatı məhz Şahdağda keçiriləcək:
"Şahdağın infrastrukturu və imkanları beynəlxalq federasiyalar tərəfindən bu yarışların keçirilməsi üçün tamamilə uyğun sayılıb".
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. "Yarış dünya üzrə ən azı 10 telekanalda canlı yayımlanacaq. Həmin dövrdə Şahdağa 2000-ə yaxın qonağın gələcəyi gözlənilir. Bu yarışın daha da yaddaqalan hala gətirilməsi üçün əlavə əyləncəli tədbirlər təşkil olunacaq".