Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin sabiq cüdoçusu Rüstəm Orucova yeni vəzifə verilib.
Olimpiya mükafatçımızın İdman.biz-ə verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Cüdo Federasiyasında çalışacaq.
O, performans direktoru olaraq işə başlayıb. Orucovun qarşısına əsas hədəf kimi ölkədə cüdonun inkişafı qoyulub.
Qeyd edək ki, Rio-2016-nın və dünya çempionatının finalçısı olan 33 yaşlı veteran cüdoçu 2023-cü ildə idmançı karyerasını başa vurub.
Aytac Sahəd
İdman.biz