Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bu gün çox sevincliyik, Rüstəmovlar ailəsi olaraq doğma yurdumuza qayıdırıq".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Rüstəm Oruc oğlu Rüstəmov deyib.
O bildirib ki, illərdir, məhz bu günün həsrəti ilə yaşayıb: "Rüstəmovlar ailəsi olaraq yurdumuza qayıdırıq.
Çox çətin günlər yaşamışıq, itkilər vermişik. Azad edilən hər qarış torpağımıza şəhidlərimizin qanı axıb.
Bu torpaqlar bizim üçün müqəddəsdir. Bu gün şərəf hissi ilə Cəbrayılımıza qovuşuruq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" Xatırladaq ki, bu gün növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınır.