Rustem Umerov: Gündəmdə Ukraynanın bəpası məsələsidir

27.02.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.

“ABŞ və Ukrayna Cenevrədə danışıqlar zamanı təhlükəsizlik zəmanətləri və iqtisadi aspektləri müzakirə ediblər”.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Cenevrə danışıqlarında Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov özünün Telegram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, danışıqlar iki formatda baş tutub: “Amerika tərəfi ilə ayrıca görüş və ABŞ və İsveçrənin iştirakı ilə üçtərəfli görüş. Xüsusi diqqət iqtisadi bloka və Ukraynaya dəstək üçün uzunmüddətli mexanizmlərə yönəldilib. Oleksiy Sobolev də daxil olmaqla iqtisadi komanda və amerikalı tərəfdaşımızla birlikdə Ukraynanın bərpası ilə bağlı sənəd üzərində hərtərəfli işlədik”.

E. KAMAL


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью