Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Associated Press" Tramp administrasiyasındakı yüksək vəzifəli, adının açıqlanmasını istəməyən rəsmiyə istinadən məlumat yayıb. Bildirilir ki, görüş Florida ştatının Mayami şəhərində baş tutacaq.
Məlumatda deyilir ki, 2 dekabrda Moskvada 5 saatdan çox davam edən danışıqlardan sonra Ukrayna və onun Avropa müttəfiqləri dövlət başçısı Vladimir Putini sülh prosesinə maraqlı olmaqda yalnız görüntü yaratmaqda ittiham ediblər. Putinin ABŞ nümayəndələri ilə görüşü heç bir real nəticə verməyib.
Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper vurğulayıb ki, Putin “təhdidləri və qan tökülməsini dayandırmalı, ədalətli və uzunmüddətli sülh üçün danışıqlar masasına əyləşməyə hazır olmalıdır”. Ukraynanın xarici işlər naziri Andrey Sibiga isə Kremlin rəhbərini “sülh üçün ayrılan vaxtı boşa xərcləməməyi” tələb edib.
Moskva görüşündə tərəflər arasında nələrin müzakirə olunduğu dəqiq bilinmir. Putinin müşaviri Yuri Uşakov danışıqları “müsbət” adlandırsa da, heç bir detal açıqlamayıb.
ABŞ prezidenti Donald Tramp daha sonra jurnalistlərə açıqlamasında Vitkoff və Kuşnerin Putinin guya Ukraynaya qarşı müharibəni bitirmək istədiyi təəssüratına gəldiklərini bildirib.
Noyabrın sonunda mediada Ukraynadakı müharibəni bitirmək üçün hazırlanan 28 bəndlik “sülh planı” barədə xəbərlər geniş yayılmışdı. Sənəddə Moskvanın maraqlarına uyğun bir sıra tələblər də yer alırdı — məsələn, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bütün ərazilərindən çıxması və ordunun sayının azaldılması kimi.
Məsələ gündəmə gəldikdən sonra Cenevrədə Ukrayna və ABŞ nümayəndələri arasında görüş keçirildi, plan yenidən nəzərdən keçirilib qısaldıldı. Sonrakı danışıqlar isə Mayamidə baş tutdu.
2 dekabrda Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner Moskvaya səfər edərək Putin və onun komandası ilə görüşdülər. ABŞ tərəfi bu danışıqları “səmərəli” adlandırıb.
Qadir, Bizimyol.info