Rüstəm Umerov Uitkoffla görüş ümün ABŞ a gedir

07.05.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ukraynanın keçmiş müdafiə naziri və Milli Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov bu həftə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffla görüşə bilər.

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
"Ukraynanın baş danışıqçısı Rüstəm Umerovun bu həftə ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffla görüşmək üçün Mayamiyə səfər etməsi gözlənilir", - deyə məlumatda bildirilir.

Son həftələrdə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına az diqqət yetirilib və bu, ABŞ, İsrail və İran arasındakı münaqişənin kölgəsində qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью