Rustem Umerov: “Ukrayna üçün əsl sülhə nail olmağa çalışırıq”

30.11.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

ABŞ-da sülh planı üçün Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş keçirilir.
Ukrayna tərəfi öz nəticələrini ölkə lideri Volodimir Zelenskiyə məruzə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə görüşdə iştirak edən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov məlumat yayıb.
"Mən Ukrayna Prezidenti ilə daimi ünsiyyətdəyəm. Aydın göstərişlər və prioritetlər var: Ukraynanın maraqlarını qorumaq, əsaslı dialoq və Cenevrədə əldə olunmuş nailiyyətlər əsasında irəliləmək",- deyə Umerov qeyd edib.
Umerov bildirib ki, nümayəndə heyəti Ukrayna üçün əsl sülh və təminatlı təhlükəsizliyə nail olmağa çalışır.
O, əlavə edib ki, nümayəndə heyəti bütün görüşlərin nəticələrini birbaşa Ukrayna rəhbərinə təqdim edəcək.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью