Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Sabir Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı Azərbaycanın ilk müstəqil, demokratik qəzeti olan "Azərbaycan"ın ilk nömrəsinin oxuculara çatdırılmasının 36 illiyinə həsr olunub.
Kult.az Bakupost.az-a istinadən xəbər verir ki, verilişin müəllifi, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, hələ sovet dönəmində belə bir qəzetin çap olunması gözlənilməz bir hadisə idi. Onun sözlərinə görə, bundan 2 il sonra isə Azərbaycan öz müstəqilliyi ilə bağlı konstitusiya aktını qəbul elədi.
S.Rüstəmxanlı qeyd edib ki, Azərbaycan adını daşıyan ilk mətbuat orqanı 19-cu əsrdə Güney Azərbaycanda olub. Bu mətbu orqanından əlavə hazırda 36 yaşını qeyd edən Azərbaycan qəzetinə qədər daha 2 eyniadlı qəzet işıq üzü görüb.
Çox sevindirici haldır ki, onlardan biri ADA Universiteti tərəfindən müasir əlifba ilə yenidən çap olunur. Qəzet 1918-20-ci illərdə dərc olunub. Onun tam küllüyyatı 20 cilddə müasir əlifba ilə işıq üzü görüb. Qəzetin ilk nömrəsi Gəncədə çapdan çıxıb. "Azərbaycan" adında ikinci qəzetimiz isə 1945-46-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin qəzetidir və Seyid Cəfər Pişəvərinin redaktorluğu ilə çap olunub.
Bəs 3 eyniadlı qəzeti bir-birindən fərqləndirən və bir-birinin sələfi edən məqamlar nələrdir? Millət vəkili Sabir Rüstəmxanlı "Azərbaycan" qəzeti və eyniadlı digər 2 qəzetlə bağlı diqqətçəkən, milli kimliyimiz üçün önəm daşıyan məqamlara toxunub.
Ətraflı videoda: