Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeni mövsümün hazırlıqlarına bu ay başlayan "Mingəçevir"in heyətinə qatmağı planlaşdırdığı daha bir futbolçunun kimliyi bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, ötən mövsümə 2-ci Liqa komandası "Quba"da başlayan, qışda 1-ci Liqa "Zaqatala"ya qoşulan müdafiəçi Rüstəm Nuriyevdir.
Rüstəm hazırda "işıqçılar"ın düşərgəsindədir. Onunla 1 mövsümlük müqavilə bağlanacağı gözlənilir.
Xatırladaq ki, "Mingəçevir" geridə qalan "futbol ili"ndə hazırda "Karvan-Yevlax"da olan Ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqada 2-ci yeri tutaraq pley-offa yüksəlsə də, həlledici qarşılaşmada "Qəbələ"yə 0:2 hesabı ilə uduzub. Aran təmsilçisini hazırda yeni sponsorların istəyi ilə komandanın "sükanı arxası"na keçən Elman Sultanov çalışdırır.
Toğrul