Rüsum müharibəsi Kanadanın Amerikaya cavab həmləsi

04.03.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Kanada da ABŞ Prezidenti Donald Trampın qərarlarına cavab olaraq, Birləşmiş Ştatlardan gətirilən məhsullara gömrük rüsumlarını artırıb. Bu gündən etibatən Kanadada Birləşmiş Ştatlardan idxal edilən məhsullara 25 faiz rüsum tətbiq edilir. Bu barədə bəyanatı ölkənin Baş naziri Castin Tryudo verib.
ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikadan ölkəyə daxil olan məhsullara 25 faiz gömrük rüsumu qoyulmasını qərara alıb.
Tryudo bugünkü açıqlamasında deyib: "Bu ədalətsiz qərarın cavabsız qalmasına yol verə bilmərik". O, Vaşiqnton qərarını dəyişdirənə qədər cavab tədbirlərinin qüvvədə qalacağını, lazım gələrsə, hətta əlavə tədbirlər də görüləcəyini qeyd edib. 
Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью