“Rüsumlardan gündə 2 milyard qazanırıq” Tramp

09.04.2025

Icma.az, Tribuna saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp idxal olunan mallara yeni rüsumların tətbiqindən sonra ölkənin gündəlik iki milyard dollara yaxın gəlir əldə etdiyini bildirib. 

Tribunainfo.az “Reuters”ə istinadən xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə çıxışı zamanı deyib.

“Rüsumlar haqqında bilmək istəyənlərin nəzərinə! Gündə təxminən 2 milyard dollar əldə edirik, gündə 2 milyard dollar… Və işlər çox yaxşı gedir”, – deyən Tramp eyni zamanda, yeni tariflər üzrə sövdələşmələr əldə etmək üçün 70-dən çox ölkə ilə danışıqların aparıldığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью